AzE1ih8QX2TRJCn0k0nHCAqC7ayUwtbEcuQ2mnBq 1200 900x600 1

Bu gün Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Globalinfo.az xatırladır ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğala məruz qaldığı 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və rayonun ətraf kəndləri erməni işğalından azad edilib.

default

Bundan bir ay sonra, 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırılıb.

hXTcIeyJ3FIReGqjJ0D1XIjzI1NleBzjeM1ZnD4V 640 Jypn2C8VcCdY8OJ8Mzv5II5vPynXwBEYkohTgaqN 640

Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri olub. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edilib.

Paylaş: