HƏMAS girovların ilk qrupunu Qəzza şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
“HƏMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır. Azad edilmə mərasimi Xan Yunisdə baş tutub. İsrailin girovların Qəzza zolağının cənubundakı BQXK nümayəndələrinə təhvil verilməsi səhər saatlarında başa çatacaq”, – deyə bildirilib.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı sülh sazişi çərçivəsində azadlığa buraxılması planlaşdırılan 154 məhbusun siyahısını dərc edib.
Sənəddə 154 məhbusun hamısının İsraildə ömürlük cəzaya məhkum edilmiş 250 nəfərin arasında olduğu və azad edildikdən sonra Fələstin ərazilərindən kənara göndəriləcəyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














