Parisdə baş nazir ofisinin yaxınlığında ardıcıl partlayışlar – VİDEO

 Parisdə baş nazir ofisinin yaxınlığında ardıcıl partlayışlar - VİDEO

Parisdə baş nazirin ofisi yaxınlığında bir neçə partlayış baş verib. Hadisə müdafiə naziri Sebastyan Lekornunun istefasından bir gün sonra Fransa parlamentinin nümayəndələri ilə görüş keçirdiyi vaxtda olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.

Partlayışların səbəbi hələlik məlum deyil. Hadisə yerində bir mikroavtobus yanıb.

Partlayışa baxmayaraq, görüş baş tutub. Tərəflər Fransadakı siyasi böhrana rəğmən, dövlət büdcəsinin qəbuluna çalışmaq və Yeni Kaledoniyanın “institusional gələcəyini” müzakirə etmək barədə razılığa gəliblər.

Xatırladaq ki, bundan əvvəl Qərb mediası Fransa Prezidenti Emmanuel Makronun baş nazir postunda tez-tez dəyişikliklər səbəbilə istefa verə biləcəyi və ya yeni parlament seçkiləri elan edə biləcəyi barədə məlumat yaymışdı.

Safura Bənnayeva
Globalinfo.az