İran 4 il əvvəlki fəlakəti təkrarlaya bilər – Risk var

“İran səhvən mülki təyyarələri vura bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Almaniya Federal Aviasiya İdarəsi (BILD) 8 yanvar 2020-ci il tarixli vurulma hadisəsinin təkrarlanma riski olduğunu qeyd edir.

Qeyd edək ki, 2020-ci il yanvarın 8-də İran hərbçiləri Tehran-Kiyev marşrutu ilə uçan “Boeing 737” sərnişin təyyarəsini vurub. Təyyarədə olan 176 nəfərin hamısı həlak olub. Yanvarın 11-də isə İran Xarici İşlər Nazirliyi təyyarənin “səhvən” vurulduğunu bildirib.

Zaira Akifqızı
Globalinfo.az