Türkiyədə son iki gündə 119 nəfər qidadan zəhərlənib.
Globalinfo.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Siirt vilayətindəki Hassa qızlar yataqxanasında qeydə alınıb.
Məlumata görə, yataqxanadakı 3 673 nəfərdən 119-u fərqli şikayətlərlə xəstəxanalara müraciət ediblər.
Hadisənin konkret səbəbinin araşdırılması üçün yataqxanadakı su və qidalardan nümunələr götürülüb.