Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı ilk rəsmi AÇIQLAMA

Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı ilk rəsmi AÇIQLAMA

Azərbaycanın Baş prokuroru Kamran Əliyev iş adamı Adnan Əhmədzadənin istintaq işi üzrə hər hansı bir əlavə məlumatın verilməsinin məqsədəmüvafiq olmadığını deyib.

Globalinfo.az bildirir ki, jurnalistlərlə söhbətində K.Əliyev deyib ki, açıqlama istintaqı aparan orqan tərəfindən verilib:

“Adnan Əhmədzadənin işi üzrə istintaqı aparan orqan tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində hər hansı əlavə məlumat verməyə istintaqın taktikası baxımından məqsədə müvafiq deyil”.