1759084924.72 pic 32ratio 900x600 900x600 12012

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) bülletenlərin 99.47 faizinin sayılmasından sonra 49.9 faiz səs qazanıb.

Onun rəqibi İqor Dodonun “Vətənpərvər blok” isə 24,28% səslə ikinci olub.

Sıralama belədir:

“Alternativ” bloku 7.99 faiz

“Bizim Partiya” 6.22 faiz

“Demokratiya evdədir” partiyası 5.63 faiz

Bununla da Maya Sandunun partiyası parlamentdə 51 yer alaraq, təkbaşına hökumət formalaşdırmaq üçün böyük üstünlük qazanıb.

Qeyd edək ki, yerdə qalan siyasi partiyalar səslərin 1%-i keçmir, ona görə də onlar parlamentə daxil ola bilməyəcəklər.

***23:56

Moldova prezidenti Maya Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyası parlament seçkilərində səslərin 38,5 faizini, Sosialist Partiyasının ətrafında yaradılmış Vətənpərvərlik Bloku isə 33,6 faizini toplayıb.

Avropayönümlü “Evdə Demokratiya” partiyası 7,4% səslə, “Bizim Partiya” da 6,8 % səslə parlamentə daxil olub.

***

Moldovada parlament seçkilərində səsvermə başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səsvermə zamanı seçici fəallığının 51% (1,5 milyon seçici) olduğu və səsvermənin baş tutması üçün 33,3%-lik həddi keçdiyi bildirilir.

Paylaş: