Simonyan əri ilə vidalaşdı: bunları yazdı

Simonyan əri ilə vidalaşdı: bunları yazdı

“Russia Today”in baş direktoru Marqarita Simonyan əri, rejissor Tiqran Keosayanın dəfn mərasimində iştirak edib.

Globalinfo.az xəbər verir ki, mərasim sentyabrın 28-də Moskvanın Olimpiya prospektindəki erməni kilsəsində keçirilib.

“Dua etdiyinizə, onu sevdiyinizə və onu sevməyə davam etdiyinizə görə sizə təşəkkür edirəm”, – deyə Simonyan Telegram kanalında yazıb.

O qeyd edib ki, Keosayanı şəxsən tanımayanlar da ona ehtiramını bildirə bilərlər.

Xatırladaq ki, Tiqran Keosayan 2024-cü ilin dekabrından komada idi. O, uzun sürən xəstəlikdən sonra 2025-ci il sentyabrın 26-da 60 yaşında vəfat edib.

Keosayan Rusiyanın tanınmış kinorejissorların biri olub. O, həm də televiziya və radio aparıcısı kimi tanınır.

Əliyar Xəlil
Globalinfo.az