“Ukraynaya verilən silahlar bir gün Fransa küçələrində peyda olacaq. Buna təəccüblənməməliyik”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot X sosial media hesabında qeyd edib.
“Kiyevə silah və pul göndərilir, amma silahlar “yoxa çıxır”. Onlar bir gün Fransanın ətraflarında tapılarsa, şikayətlənməyin”, – deyə o bildirib.
Filippo xatırladıb ki, Ukraynada münaqişə başlayandan bəri 300-593 min arası odlu silah itib.
Əliyar Xəlil
Globalinfo.az