boks

Britaniyalı boksçu Rikki Hatton evində ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Mançester polis idarəsi məlumat yayıb.

“Bu gün səhər saat 6.45-də Hayd şəhərində 46 yaşlı bir kişinin cəsədinin tapıldığı barədə məlumat aldıq. Hazırda heç bir şübhəli hal yoxdur”, – deyə bildirilib.

Qeyd edək ki, Rikki Hatton keçmiş dünya çempionudur. Onun 2025-ci ilin dekabrında Dubayda rinqə qayıdacağını açıqlamışdı.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: