08298264 a66c 485f 9927 db45187d2f2e

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Böyük Britaniya və Fransa ölkənin hava məkanının pozulması ilə bağlı insidentdən sonra Polşaya “Eurofighter” və “Rafale” qırıcıları göndərmək istəyir.

Globalinfo.az xəbər verir ki, nazirin sözlərinə görə, Niderland da mövcud olan üç Patriot batareyasından ikisinin Polşaya göndərilməsini sürətləndirib.

Ancaq hələlik təfərrüatlar barədə məlumat verilmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: