skynews coronavirus mask london 4940483

Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, epidemioloq Gennadi Onişenko Türkiyədə kütləvi şəkildə qeydə alınan vəba epidemiyası ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, “Life” nəşrinə müsahibəsində hakimiyyətin real vəziyyəti gizlətməsindən şübhələndiyini bildirib.

Onişenkonun sözlərinə görə, xəstəxanalar artıq izdihamla doludur və yerli sakinlər xəstəliyin simptomlarından şikayət edirlər. Mütəxəssis əlavə edib ki, vəba vibrionları ilə bağlı ilk xəbərlər iki ay əvvəl yayılıb.

Qeyd edək ki, iyulun sonunda türkiyəli həkimlər turistlərə Vibrio bakteriyalarının yaratdığı yoluxma riski barədə xəbərdarlıq etmişdilər. Bu bakteriyaların DNT-si Mərmərə, Egey və Aralıq dənizi sahillərində aşkarlanmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: