image159

Ukraynanın Xarici İşlər Nazirliyi Avropa tərəfdaşlarını və ABŞ-ı Kiyevə təcili şəkildə uzaqmənzilli raketlər və əlavə hərbi yardımlar göstərməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Ukrayna XİN-in bəyanatında deyilir:

“Biz tərəfdaşları Ukrayna səmasını qorumaq üçün əlavə hava hücumundan müdafiə vasitələri, uzaqmənzilli raketlər və hərbi yardım paketləri verməyə çağırırıq”.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Mark Karni ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Kiyev Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirmək üçün ABŞ-dan icazə almağa ehtiyac duymur.

O, eyni zamanda “The Wall Street Journal” qəzetində yayımlanan, “Ukrayna uzaqmənzilli raketlərdən Rusiya hədəflərinə qarşı istifadə edir” başlıqlı məqaləsində yazılanları nə təsdiq, nə də təkzib edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: