c65d7bd716844140433986754581003685

Avropa rusiyalı diplomatların Şengen zonasında sərbəst hərəkətini qadağan etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski “Politico”ya müsahibəsində deyib.

“Mən bu məsələdə israr edəcəm”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, bu, təxribat əməliyyatlarını asanlaşdırmaq üçün istifadə olunan lazımsız üstünlükdür.

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot da bəyan etmişdi ki, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi çərçivəsində rus diplomatların Avropa İttifaqı (Aİ) ölkələri daxilində hərəkətini məhdudlaşdırmaq lazımdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: