Kiyev Ukrayna Prezidenti Volodimir Zelenskinin Hindistana səfərinin tarixini Yeni Dehli ilə razılaşdırır.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişçuk bildirib.
Diplomat Hindistanın baş naziri Narendra Modinin Zelenskini Hindistana dəvət etdiyini xatırladıb:
“Tərəflər bunun üzərində işləyir. Biz onun mütləq Hindistana gələcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərimizdə böyük nailiyyət olacaq”.
Safura Bənnayeva
Globalinfo.az