Tehran nüvə silahı əldə etməyə yaxındır – Qrossidən xəbərdarlıq

qrossi

İran aylıq uran istehsalını artırıb.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Münxen Təhlükəsizlik Konfransında deyib. O, Tehranın nüvə silahının yaradılması üçün lazımi səviyyəyə yaxınlaşdığını bildirib:

“İranın nüvə proqramını dayandırmaq üçün razılığın əldə edilməsinə tələb olunan zaman çox azdır. Yaxın həftələrdə agentliyin hesabatı təqdim ediləndə İranın 60% zənginləşdirilmiş 250 kiloqram uranı olacaq”.

Qurum rəsmisi, “İrana fokuslamaq lazımdır”, deyərək xəbərdarlıq edib.

Xatırladaq ki, bundan öncə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ölkənin ali rəhbəri Seyid Əli Xameneidən nüvə silahından istifadədən qadağanı nəzərdə tutan fətvanı geri götürməsini tələb edib.

Əliyar Xəlil
Globalinfo.az