Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhəd məsələlərini dəyərləndirib.
Globalinfo.az xəbər verir ki, o, Ermənistan–Türkiyə sərhədlərinin təkcə bu istiqamətdən deyil, müxtəlif yollarla açıla biləcəyini və danışıqların birbaşa aparıldığını vurğulayıb:
“İnanıram ki, Ermənistan–Türkiyə sərhədi açılacaq”.
Qeyd edək ki, Ermənistan–Türkiyə sərhədləri Qarabağ münaqişəsi fonunda Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxiləsi səbəbilə 1993-cü ildə Türkiyə tərəfindən bağlanıb. O vaxtdan bəri sərhəd həm nəqliyyat, həm ticarət baxımından tamamilə məhdudlaşdırılıb və yalnız diplomatik kanallar vasitəsilə məhdud ünsiyyət davam etdirilir.
Tahir Turan
Globalinfo.az