
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən danışıqlar başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” Ukrayna nümayəndə heyətindəki mənbəsinə istinadən məlumat yayıb.
***01:07
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü yarımçıq dayandırıb.
Bu barədə Almaniyanın “Вild” qəzeti yazıb.
Məlumata görə, görüş zəngdən sonra davam edəcək.
***23:20
ABŞ rəhbəri Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşü media üçün başa çatıb.
Görüşün bağlı qapılar arxasında davam etdiyi bildirilib.
Canlı yayımın az sonra davam edəcəyi gözlənilir.
***23:00
ABŞ rəhbəri Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşü başlayıb.
Görüşü canlı izləyə bilərsiniz: