Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmaq niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında bildirib.
Onun sözlərinə görə, mövcud kəşfiyyat hesabatları göstərir ki, Kremlin rəhbəri hərbi əməliyyatların davam etməsini istəyir.
Ukrayna lideri vurğulayıb ki, belə bir vəziyyətdə ölkənin müdafiə qüvvələri və müttəfiqləri birgə səylə çalışmalı, həm döyüş meydanında, həm də diplomatik arenada aktiv olmalıdırlar.
Tahir Turan
Globalinfo.az