2025 03 25T160401Z 188526533 RC2CKDACBUWP RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY pic 32ratio 900x600 900x600 32557

Macarıstanın “Fundamental Hüquqlar Mərkəzi”nin analitiki Zoltan Koskoviç Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə müharibədəki siyasətini tənqid edib. 

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” (keçmiş Twitter) sosial şəbəkəsində paylaşım edib:

Zelenski münaqişəyə bir il əvvəl son qoymalı idi. O, məğlub olacaqdı, lakin daha yaxşı şərtlərlə. Müqavimət göstərilən hər gün vəziyyət daha da çətinləşir”.

Koskoviçin bu fikirləri Ukraynada və beynəlxalq müstəvidə Zelenskinin siyasətinə yönəlmiş tənqidlərin artdığı bir dövrə təsadüf edir.

Qeyd edək ki, eyni mövqeni Romadakı Luiss Universitetinin “Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzi”nin rəhbəri, professor Alessandro Orsini də bildirib. Onun sözlərinə görə, Ukraynanın hazırda içində olduğu ağır vəziyyət Zelenskinin bir sıra səhv qərarlarının nəticəsidir.

Tahir Turan

Globalinfo.az

Paylaş: