İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hadisə ilə bağlı ilkin məlumatlara görə, polis patrul xidməti zamanı naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb. Atışma nəticəsində üç hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.
Hazırda digər hücumçuların axtarışları davam edir.
Safura Bənnayeva
Globalinfo.az