Hava ilə bağlı son iki ayda ilk: Sabah diqqətli olun

Hava ilə bağlı son iki ayda ilk: Sabah diqqətli olun

Avqustun 8-də Yer kürəsində son iki ayın ən güclü maqnit qasırğası gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş Yer Fizikası İnstitutu məlumat yayıb.

“Son hesablamalara görə, avqustun 5-də baş vermiş M4.4 səviyyəli böyük günəş partlayışından Yerə kütləvi atılmanın yaxınlaşması əvvəllər proqnozlaşdırılandan xeyli güclü geomaqnit təsirlərə səbəb olacaq. Modellər göstərib ki, planeti yüksək sürətlə hərəkət edən bulud nüvəsi vuracaq, maqnit sahəsinə təsir daha güclü ola bilər”, – məlumatda qeyd edilir.