Xersonda həyəcanlı anlar: sakinlər təxliyə olunur

Xersonda həyəcanlı anlar: sakinlər təxliyə olunur

İyulun 2-də axşam saatlarında Rusiya ordusu Xerson şəhərinə hava hücumu həyata keçirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Xerson Regional Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Bildirilib ki, nəticədə Korabel mikrorayonuna aparan avtomobil körpüsü, şəxsi evlər və çoxmərtəbəli yaşayış binası zədələnib.

“Axşam saat altı radələrində Rusiya ordusu Xersona hava hücumu təşkil etdi. Şəhərə iki idarə olunan bomba atıldı. Hücum nəticəsində Korabel mikrorayonuna gedən körpü zədələnib. Əhali təxliyə edilir”, – deyə Prokudin bildirib.

Safura Bənnayeva
Globalinfo.az