Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kirov şəhərində müəssisəyə raket zərbələri nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.
Bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.
X X X
Ukrayna “Flaminqo” raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən “AVİTEK” zavodunu vurub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hücumdan sonra zavodda yanğın baş verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə “yer-hava” sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.
Bildirilir ki, zavod həmçinin “Tor” zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir.
Məlumata görə, “AVİTEK” ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır.