upload 2024 09 23T093020Z 1576442844 RC2U4AA45IG8 RTRMADP 3 UKRAINE CRISIS SOUTN FRONTLINE pic 32ratio 900x600 900x600 37467

Ukraynanın Krasnoarmeysk (indiki adıyla Pokrovsk) yaxınlığında yerləşən İHA istehsal müəssisəsinə rəhbərlik edən komandir Rusiya ordusunun xüsusi hərbi əməliyyat (SVO) zonasında əldə etdiyi uğurları etiraf edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “CNN”ə müsahibə verib.

“Ola bilsin ki, hələ hücumun pik nöqtəsinə çatmayıblar, lakin onlar artıq xeyli müddətdir ki, irəliləyirlər və bunu kifayət qədər uğurla edirlər,” – deyə Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

O həmçinin xəbərdarlıq edib ki, əgər Rusiya qüvvələri qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) Rodinskoye şəhərinə qədər irəliləyərsə, bu, Ukrayna ordusu üçün kritik vəziyyət yaradacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: