Putin Rusiyadakı ABŞ əmlakları ilə bağlı tapşırıq verdi

Prezident Vladimir Putin Rusiya hökuməti və Mərkəzi Bankına ABŞ-ın bu ölkədəki əmlakları ilə bağlı göstəriş verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belə ki, Rusiyanın ABŞ-dakı dondurulmuş aktivləri müsadirə ediləcəyi təqdirdə, Moskvaya dəymiş ziyanın ödənilməsi üçün Kreml Vaşinqtonun bu ölkədəki mülklərini müsadirə edəcək. Rusiya Prezidentinin göstərişi ilə Rusiya Mərkəzi Bankı bunun üçün məhkəməyə müraciət edə bilər.

Kreml kompensasiya üçün həm ABŞ hökuməti, həm də ayrı-ayrı biznes sahələrinə aid mülklərin müsadirəsinə göstəriş verib.

RİA Novosti-nin hesablamalarına görə, ABŞ-da təxminən 5 milyard dollar dondurulmuş Rusiyanın aktivləri var.  Lakin ABŞ-ın  Rusiyada 9,6 milyard dollar dəyərində investisiyaları var.

Ayşən Mustafa
Globalinfo.az