Türkiyə vətəndaşlarının əksəriyyəti ölkənin nüvə silahı əldə etməli olduğunu söyləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.
Son sorğu göstərib ki, Türkiyə vətəndaşlarının 71 faizi öz nüvə silahlarının yaradılması ideyasını dəstəkləyir. İctimai rəyin bu cür reaksiyası İsrailin İrana son zərbələri və Türkiyənin münaqişə vəziyyətində özünü müdafiə etmək qabiliyyətinə dair artan narahatlığı ilə əlaqələndirilir.
Bununla yanaşı, respondentlərin 72 faizi hücum zamanı NATO-nun ölkəni effektiv şəkildə qoruyacağına inanmır.
Ankara isə nüvə silahı yaratmaq planları haqda heç bir fikir dilə gətirmir. Eyni zamanda Türkiyə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır. Ancaq ictimaiyyətin Qərb müttəfiqlərinə inamsızlığı və hava hücumundan müdafiə sisteminin effektivliyinə şübhələrin olması nüvə silahı yaratmaq ideyasının dəstəklənməsini labüd edir. Ekspertlər qeyd edirlər ki, xarici təhlükə hissi siyasi baxışlarından asılı olmayaraq Türkiyə cəmiyyətini birləşdirir.
Əliyar Xəlil