2025 07 06T225705Z 2048640368 RC2AHFASB21I RTRMADP 3 USA TRUMP pic 32ratio 900x600 900x600 81380

ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı Ukraynada gərginliyin artacağı təqdirdə hansı addımlara hazır olduğu sualından yayınaraq “Mənə belə suallar verməyin” cavabını verib.

Globalinfo.az xəbər verir ki, Tramp ABŞ-ın Ukrayna münaqişəsinin həlli prosesinə sadiq qaldığını vurğulayıb. O həmçinin bildirib ki, Vaşinqton silahları istehsal edəcək, Avropa isə maliyyələşdirəcək.

Silah tədarükünün koordinasiyası NATO və ABŞ-ın alyansdakı daimi nümayəndəsi Metyu Uitakerə həvalə olunacaq. Tramp əlavə edib ki, ABŞ və tərəfdaşları Ukraynaya 17 ədəd Patriot hava hücumundan müdafiə sistemi göndərəcək. Yeni sistemlər yaxın günlərdə Kiyevin sərəncamında olacaq və ABŞ bu əvəzində öz müttəfiqlərinə yeni texnika təqdim etməyə hazırdır.

Tahir Turan 
Globalinfo.az

Paylaş: