partlayis

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərindəki hərbi komissarlığın binasında partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

“Hadisənin təfərrüatları barədə məlumat verilmir. Ölənlərin olub-olmaması barədə xəbər yoxdur. Yerli hakimiyyət orqanları partlayışla bağlı məlumatı təsdiqləməyib”, – deyə bildirilib.

Qeyd edək ki, iyulun 3-də  Poltava və şəhərə bitişik ərazilərdə silsilə partlayışlar olmuşdu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: