peskov

Kreml ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Kiyev Qərb silahlarını nə qədər az alsa, müharibə tez başa çatacaq. Sona yaxınlaşa bilərik”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ iyulun 2-də Ukraynaya mühüm Patriot ələ keçirmə sistemləri, zenit raketləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: