Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun sonunda Dubayda görüş keçirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Nəşr yazır ki, liderlər sülh sazişi üzrə danışıqları davam etdirirlər.
İlham Əliyev və Nikol Paşinyan arasında sonuncu görüş may ayında Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində baş tutub. Liderlər burada rabitə kanallarını açıq saxlamağı razılaşdırıblar.
“Middle East Eye”in məqaləsində qeyd olunur ki, Bakın İrəvana qarşı irəli sürdüyü şərtlərin icrasının zəruri olduğunu vurğulayır.
Nəşr həmçinin Azərbaycanın BƏƏ ilə yüksək səviyyəli münasibətlərinin olduğunu qeyd edib.
Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan arasında daha əvvəl sadəcə regionda maraqlı olan ölkələrdə ikitərəfli görüşlər keçirilib. Dubayda hər hansı müzakirə olmayıb.
Əliyar Xəlil
Globalinfo.az