AP23179501353614 pic 32ratio 900x600 900x600 28710

Pentaqon ABŞ-ın Ukraynaya tədarük etdiyi sursatla bağlı təfərrüatları açıqlamaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnell brifinq zamanı bildirib.

“Biz Ukraynaya ötürülən sursatın konkret həcmi və növləri və ya bu tədarüklərlə bağlı vaxt çərçivələri haqqında yenilənmiş məlumat verməyəcəyik”, – o deyib.

Parnell həmçinin əlavə edib ki, ABŞ-ın Ukraynaya müəyyən növ silahların çatdırılmasını dayandırması sağlam düşüncənin təzahürüdür və Amerika silahlarının hara və necə göndərildiyini başa düşməyə imkan verəcək struktur yaradacaq praqmatik addımdır.

Tahir Turan

Globalinfo.az

Paylaş: