W2ErkL6mZVjrOTZQyXpw3XhRBsVbloOpza1a7Upf 1200

Rusiyada keçirilən Moskva vilayəti çempionatının B-3 liqasına daxil olan “Parkovıy” və “Nara” komandalarının qarşılaşması faciə ilə nəticələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Nəşr qeyd edib ki, 26 yaşlı futbolçu Artyom Kalmıkov oyun zamanı vəfat edib:

“Kalmıkov “Parkovıy” klubunda çıxış edib. O, matçın 60-cı dəqiqəsində yıxılaraq huşunu itirib. Futbolçunu meydançadan çıxarıblar, təcili yardım gələnə qədər idman həkimi onu reanimasiya etməyə çalışsa da, uğursuz olub. Nəticədə Kalmıkov dünyasını dəyişib. Futbolçunun oyun zamanı ölməsi ilə bağlı araşdırma aparılacaq”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: