İran atəşkəslə bağlı yeni məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Milli Təhlükəsizlik Şurası bəyanatla çıxış edib.
İsraillə atəşkəsin qüvvəyə mindiyi elan edilib.
“İran İsraillə münaqişədə qalib gəlib, onu məğlubiyyətini etiraf etməyə və təcavüzü birtərəfli qaydada dayandırmağa məcbur edib”, – deyə bəyanatda yazılıb.
Paralel olaraq, Tehran atəşkəs elan edildikdən sonra İran ərazisindən İsrailə raket atıldığı iddia edilən xəbərləri təkzib edib.
Bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Əliyar Xəlil
Globalinfo.az