araqci

“Hazırda İsraillə atəşkəs razılaşması yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O bildirib ki, hərbi əməliyyatlar dayandırılmayıb:

“Bununla bağlı yekun qərarı daha sonra verəcəyik”.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl qeyd edib ki, İsrail və İran yaxın saatlarda tam atəşkəs barədə razılığa gəliblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: