1 2

İran Dövlət Televiziyası yenidən yayımına davam edir. 

Globalinfo.az xəbər verir ki, televiziya rəhbərliyinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

***

İsrail ordusu İranın başlıca dövlət yayım orqanı olan “Islamic Republic of Iran Broadcasting”in (IRIB) qərargahına hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə IRIB dövlət şirkətinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, hücum nəticəsində İranda radio və televiziya yayımında fasilələr baş verə bilər. IRIB-in İctimaiyyətlə Əlaqələr Departamenti izləyiciləri mümkün texniki problemlər barədə xəbərdar edib.

Qeyd olunur ki, hücum anı birbaşa yayım zamanı qeydə alınıb. Zərbədən sonra IRIB-in yayımı qısa müddətə dayandırılıb.

*** 19:23

İsrail İranın dövlət televiziyasının qərargahına zərbə endirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.

Xəbər yenilənir…

View this post on Instagram

A post shared by Globalinfo.az (@globalinfo_az)

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: