684ff411136b1684ff411136b21750070289684ff411136af684ff411136b0

16 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Paylaş: