teyyre

Yeni Dehliyə uçan “Air India” şirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsi Honq Konqa qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “ANI” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, pilot havada texniki nasazlıqdan şübhələndikdən sonra bu addımı atıb.

Xatırladaq ki, iyunun 12-də “Air India” şirkətinə məxsus olan “Boeing 787” tipli təyyarə havaya qalxdıqdan saniyələr sonra Meqaninaqar yaxınlığında yaşayış massivindəki binaların üzərinə düşüb və ardınca yanğın başlayıb. Hadisə zamanı 274 nəfər ölüb, yalnız bir nəfər – 40 yaşlı Vişvas Kumar Rameş sağ qalıb. Sözügedən qəza, xüsusilə “Boeing” tipli təyyarələrlə bağlı təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: