rustem umerov

“2025-ci il Ukrayna üçün hərbi yardım baxımından rekord il olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Rustem Umerov deyib.

O, NATO-nun Brüsseldəki mənzil-qərargahında apardığı danışıqlardan sonra bunları qeyd edib:

“Mühüm nəticələrimiz var. Bu il təhlükəsizlik yardımı əvvəlki müharibə illərinin rəqəmlərini ötəcək. Kiyevin müttəfiqləri yeni yardım paketləri elan ediblər. O cümlədən, Almaniya əlavə olaraq Kiyevə 5 milyard avro, Belçika 1 milyard avro, Norveç 700 milyon avro, İsveç 440 milyon avro, Hollandiya 400 milyon avro və Kanada 45 milyon dollar ayıracaq”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: