241119 donald trump elon musk mn 1605 a594ae

ABŞ Prezidenti Donald Tramp İlon Maskın şirkətlərinə verilən dövlət subsidiyalarının və müqavilələrinin dayandırılmasını təklif edib.

Globalinfo.az xəbər verir ki, Tramp bu addımın ABŞ büdcəsinə “milyardlarla dollar qənaət” gətirəcəyini bildirib.

“Milyardlarla dollar xərcləyirik. Mask üçün subsidiyaları və dövlət müqavilələrini dayandırsanız, büdcə dərhal rahat nəfəs alar”, – deyə Tramp bəyan edib.

Qeyd edək ki, bu bəyanat Trampın Maskı tənqid etdiyi son açıqlamalar fonunda verilib. Onlar arasında elektrikli avtomobillərə verilən vergi güzəştlərinin ləğvi məsələsi səbəbilə gərginlik yaşanır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: