tramp putin9

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığı zamanı onların görüşü ilə bağlı hər hansı razılıq əldə edilməyib”. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, belə görüş üçün öncədən hazırlığın zəruri olduğunu bildirib:

“Liderlərin müzakirəsi konstruktiv keçib. Onlar üzbəüz görüşün zəruri olduğu barədə razılaşıblar. Lakin bunun üçün lazımı hazırlıq görülməlidir”.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri arasında son telefon danışığı iyunun 4-də baş tutub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: