“NATO iyunda keçiriləcək sammitdə Ukraynaya ciddi diqqət yetirməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu rus politoloq Sergey Ermakov deyib.
“Alyans daha çox daxili parçalanmanın aradan qaldırılmasında maraqlıdır. Hazırda baş katib Mark Ruttenin prioritetləri tamamilə fərqlidir. O, Kiyevi deyil, bloku qoruyub saxlamaq haqqında düşünür. Ən əsası isə ABŞ-ın NATO-da iştirakını gücləndirməkdir”, – o bildirib.
Qeyd edək ki, NATO sammiti iyunun 24-dən 25-dək Haaqada keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az














