President Joe Biden meets with President elect Donald Trump on November 13 2024 in the White House Oval Office scaled
“Baydenə yazığınız gəlməsin. Mənim gəlmir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Sabiq prezidenti Cozef Baydenin bir müddət əvvəl xərçəng xəstəliyinə tutulması ilə bağlı danışan Tramp ona yazığı gəlmədiyini bildirib.

“Əgər sizin Baydenə yazığınız gəlirsə, ona o qədər də ürəyiniz yanmasın, çünki o, qəddardır. Mənim ona heç yazığım gəlmir”, – Tramp əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: