“Yerkrapa” terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “GSSR44” teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var. Həmçinin ərazidə separatçı əski parçası dalğalanır. Terrorçuları daşıyan nəqliyyat vasitələri Ermənistan MN arsenalına aiddir. Revanşizmə xidmət edən bu kimi addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər bir başa ziddiyyət təşkil edir. “Kofe içməyi” təklif edən Paşinyan hökuməti sözdə yox, əməldə regionda sabitlik üçün fəalliyyətini göstərməlidir.
“Belə terrorçuların mövqelərə yerləşdirilməsi bir başa təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir”, – paylaşımda bildirilir.













