Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Rəsmi Moskvanın görüşdə kim tərəfindən təmsil olunacağı isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, mayın 13-də “The Washington Post” qəzeti yazmışdı ki, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov rəhbərlik edə bilərlər.
Aysel Əliyeva
Globalinfo.az