“Ermənistan Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnini imzalamağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, İrəvan mövcud geosiyasi gərginlik və qeyri-müəyyənlik şəraitində Cənubi Qafqazda davamlı sülhün və rifahın təşviqinə qətiyyətlə sadiq qalır.
“Mən Ermənistanın heç bir gecikmə olmadan bu yolla getməyə hazır olduğunu bir daha təsdiq edirəm”, – Mirzoyan söyləyib.
Əliyar Xəlil
Globalinfo.az