1536x864 cmsv2 f3ec0630 d724 5cd2 af4a 7e5d1935bb9f 9258242

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edən Selçuk Tengioğlu daha bir qəribə açıqlama verib.

Globalinfo.az xəbər verir ki, 66 yaşlı Tengioğlu hadisənin təsadüfən baş verdiyini iddia edib.

“Bir anda çox yaxınına getdim. Yanında olanda təsadüfən sağ əlim qalxdı və Özəli vurdum. O ana qədər belə bir planım yox idi. Həmin an ağlıma gəldi və etdim”, – o bildirib.

Qeyd edək ki, ötən gün türkiyəli siyasətçi Sırrı Süreyya Önderin vida mərasiminə qatılan Özgür Özəl mərkəzin çıxışında hücuma məruz qalıb. CHP sədrinə yaxınlaşan şəxs anidən onun üzünə zərbə endirib. Tengioğlu dünən hadisənin “yemək kartı” səbəbindən baş verdiyini deyib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: