l 0x0wh 786x458z 1

“Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxsa, ölkə iqtisadiyyatı qaçılmaz itkilərlə üzləşəcək. Avropa İttifaqı (Aİ) da bunu kompensasiya edə bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan RİA Novosti-yə müsahibəsində deyib.

O əlavə edib ki, Rusiya erməni tərəfdaşları ilə təmaslar zamanı Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü izah edib:

“İrəvan həm Aİİ-də iştirakın üstünlüklərini, həm də ondan çıxmağın nəticələrini yaxşı anlayır”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: