Arutyunyan Sərsəng su anbarından danışdı

“Sərsəng su anbarında su ehtiyatı xeyli tükənib, vəziyyət kritikdir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan deyib.

O, Sərsəngdəki ehtiyatın elektrik enerjisinin təminatı üçün istifadə edildiyini bildirib.

Ayşən Mustafa
Globalinfo.az