ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələri ilə bağlı bəyanatında bu dəfə də “soyqırımı” sözündən istifadə etməyib. , onu “Böyük fəlakət” termini ilə əvəz edib.
Globalinfo.az xəbər verir ki, Trampın yaydığı bəyanatda “soyqırımı” sözü “böyük fəlakət”lə əvəz edilib.
Qeyd edək ki, bu, Trampın ilk bənzər bəyanatı deyil. Belə ki, ABŞ lideri daha əvvəl də bu tarixdən bəhs edərkən “soyqırımı” ifadəsini işlətməkdən çəkinmişdi.
Trampın paylaşımında həmin ifadədən istifadə etməməsi Ermənistan mediasında geniş müzakirəyə səbəb olub.
Aysel Əliyeva
Globalinfo.az